Telman İsmayılovun həbsdən sonra İLK FOTOSU
Bu ilin oktyabr ayının əvvəlində Rusiyanın verdiyi beynəlxalq order əsasında Monteneqroda saxlanan və siyasi sığınacaq aldıqdan sonra istintaq təcridxanasından sərbəst buraxılan azərbaycanlı iş adamı Telman İsmayılovun həbsdən çıxdıqdan sonra ilk fotosu yayılıb.
Fotonu jurnalist Eynulla Fətullayev öz sosial şəbəkə hesabında paylaşıb.
“Telman İsmayılovla Qarabağın azad olunmasının 1 illiyini qeyd edirik. Telman müəllimin evi Azərbaycanın bayraqları ilə bəzədilib”, - deyə, E.Fətullayev qeyd edib.
2017-ci ilin noyabrında Telman İsmayılova qarşı 2 rusiyalı iş adamının qətlinin sifarişi ittihamı ilə cinayət işi açılmış və o, İnterpol xətti ilə axtarışa verilmişdi.
Oxunub: 251
Xəbəri paylaş
Paylaş: