Azərbaycan Prezidenti Şuşada Hulusi Akarı qəbul edib -
FOTO
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşada Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi hərbi nümayəndə heyətini qəbul edib.
Report xəbər verir ki, görüşdə H.Akar 8 Noyabr-Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.
H.Akar Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlığın “Bir millət, iki dövlət” anlayışı ilə getdikcə daha çox inkişaf edəcəyini, Türkiyənin dünən olduğu kimi, bu gün də, sabah da qardaş Azərbaycanın haqlı mübarizəsində yanında olacağını vurğulayıb.
Oxunub: 287
Xəbəri paylaş
Paylaş: