YUNESCO Lənkəranı dünyanın mətbəx mədəniyyəti paytaxtı seçdi, səbəb isə...
Azərbaycanın Lənkəran şəhəri YUNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib. YUNESCO dünyanın 49 yaradıcı şəhərlər birliyini yaradıb. Bu siyahıya Lənkəran mətbəxinin zənginliyi də bu siyahıya daxil edilib.
Mövzu ilə bağlı Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov Moderator-a açıqlamasında bu günü uzun müddətdir gözlədiyini bildirib:
“Çox sevinirik ki, Lənkəran Dünyanın mətbəx mədəniyyəti paytaxtı elan olunub. 4 il dünya mədəniyyət paytatı Azərbaycanda, Lənkəranda fəaliyyət göstərəcək. Biz 4 il ərzində YUNESKO-nun kriterayalarını qoruyub, saxlamalıyıq. 1993-cü ildən Lənkəranın yeməklərinin brend olması istiqamətində çalışırıq.
Lənkəranın bəzi yeməklərinin restoran brendinə gətirilməsi üçün bir çox işlər görülmüşdü. Belə ki, bəzi cənub yeməklərində dəyişiklik aparılmışdı. Yəni bildiyiniz cənub, klassik yeməklər modernləşdirilmişdi. Sonrakı illərdə Lənkəranda brend aşbazlar yetişdirdik. 2000-ci ildən sonra cənub yeməklərini brend etdik.
Bu işdə ən böyük əzmi yaradan birinci vitse-prezident Mehriban Əliyeva oldu. Bundan başqa bilirsiniz ki, Mədəniyyət nazirimiz YUNESKO da səfir olub, onun da bu işdə müstəsna xidmətləri oldu.
Nəzərinizə çatdırım ki, YUNESKO-ya və BMT-yə məktub müraciət Azərbaycan Milli Kulinariya Assosiyası tərəfindən edilmişdi. Uzun illərdi ki, səssiz-küysüz brendlər yaradır, bu yolu gedirdik.
Bu zamana qədər Lənkəranda keçirdiyimiz tədbirlər də bu yola xidmət edirdi. Bu günə qədər Azərbaycanda heç bir şəhər mədəniyyət paytaxtı olmamışdı”.