Köçəryan və Sarkisyan Xankəndinə gəlib -
dəfn mərasiminə
Ermənistanın eks-prezidentləri Robert Köçəryan və Serj Sarkisyan Xankəndinə gediblər.
Bu barədə “İravunk” nəşri xəbər verir.
Bildirilir ki, səfərin məqsədi bazar günü, noyabrın 7-də 93 yaşında dünyasını dəyişən Serj Sarkisyanın anası Nora Sarkisyanın dəfn mərasimində iştirak etməkdir.
Mərasim Xankəndidəki Surb Hakob kilsəsində keçirilib.
Xatırladaq ki, bir ildən az əvvəl Serj Sarkisyanın həyat yoldaşı Rita Sarkisyan da dünyasını dəyişmişdi./virtualaz.org
Oxunub: 286
Xəbəri paylaş
Paylaş: