“Azərbaycanla hər hansı sənədə dair razılaşma yoxdur”-
Qriqoryan
Bunu Ermənistan baş nazirinin müavini, kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun həmsədri Mher Qriqoryan deyib.
Qriqoryan bəyan edib ki, görüşlərin keçirilib-keçirilməməsindən asılı olmayaraq, demarkasiya və delimitasiya ilə bağlı danışıqlar prosesi davam etməlidir.
Qeyd edək ki, bundan əvvəl noyabrın 26-da Soçidə Ermənistan, Rusiya və Azərbaycan liderlərinin görüşünün keçiriləcəyi barədə məlumat yayılmışdı.