Saleh Rüstəmli quru aclığa başlayıb -
Vəkilindən AÇIQLAMA
Gədəbəyin həbsdə olan keçmiş icra başçısı Saleh Rüstəmli 31 gündür ki, aclıq aksiyası keçirir.
Saleh Rüstəmlinin vəkili Bəhruz Bayramov onun son vəziyyəti ilə bağlı mediaya danışıb.
“Onu ən son bu gün səhər görmüşəm. Artıq quru aclıq etdiyindən vəziyyəti daha da pisləşib”.
“Qanunvericilikdə ağır cinayət törədənlərə Amnistiya Aktı yalnız cəzasının 6 ayı qaldıqda şamil edilir. Saleh Rüstəmlinin isə daha çox cəza çəkmə müddəti qalıb. Ona görə cari akt ona şamil olunmayacaq”.
“Saleh Rüstəmlinin bir neçə banka külli miqdarda borcu var. Bundan əlavə yaşadığı mənzildən belə gəlir əldə etmək üçün istifadə edir. Belə vəziyyətdə olan bir şəxs necə çirkli pulların yuyulmasında ittiham oluna bilər?!”.