“Torqovı”da Saleh Rüstəmliyə görə aksiya keçirilir -
Saxlanılanlar var
Bir qrup şəxs Bakıda Fəvvarələr meydanında (“Torqovı”da) Qarabağ qazisi, hazırda həbsxanada aclıq elan etmiş Saleh Rüstəmliyə azadlıq tələbi ilə aksiya keçirib.
Globall.az xəbər verir ki, aksiyada saxlanılanlar var.
Xatırladaq ki, Saleh Rüstəmli 6 noyabrdan bəri həbsdə aclıq aksiyası edir.
Qeyd edək ki, Saleh Rüstəmov I Qarabağ Müharibəsinin iştirakçısı olub. Gədəbəy rayonunun erməni təcavüzkarlarından təmizlənməsində və uğurlu Başkənd əməliyyatında fəal iştirak edib. Bir müddətdir Rusiyada yaşayan S.Rüstəmov 2018-ci ildə Bakıya gələn zaman həbs edilib və narkotik maddələri saxlamaqda ittiham edilib. Sonradan cinayət işinə əlavə edilən başqa ittihamlara əsasən S. Rüstəmov Rusiyada qeyri-qanuni sahibkarlıqla məşğul olub, gəlirlərini dövlətdən gizlədib.