"Türkiyənin PUA-ları dünyanın ən yaxşısıdır" -
Bayraktar
"Türkiyə pilotsuz uçuş aparatları sənayesində dünyada ilk üçlükdədir.
Globall.az xəbər verir ki, bunu “Baykar”şirkətinin texniki direktoru Səlcuq Bayraktar deyib. O bildirib ki, bu sənaenin ABŞ, Çin və İsrail tərəfindən tutulmasına baxmayaraq, Türkiyə də ilk üçlükdə yer ala bilib.
Türkiyənin pilotsuz uçuş aparatlarının İdlib və Qarabağdakı uğurlarına toxunan Bayraktar PUA-ların hazırda 16 ölkədə fəaliyyət göstərdiyini söyləyib.
"TB2-lərin dünyanın ən məşhur olduğuna diqqət çəkən Bayraktar deyib ki, TB2-lər 27 saat havada qala, yüzlərlə kilometr məsafə qət edə, 130 kiloqram ağırlığında yük daşıya bilir. Yüksək həssas və intellektual hərbi texnika ilə silahlanıb.
Türkiyənin bu sahədə xarici asılılıqdan qurtulduğunu vurğulayan Bayraktar, pilotsuz döyüş təyyarələri ilə bağlı işlərin davam etdiyini vurğulayıb.