Bayden Ukraynaya 600 milyon dollarlıq hərbi yardım ayırıb
Bu barədə “Report” xarici KİV-ə istinadən xəbər verir.
“Dövlət katibinə Ukraynaya təcili hərbi yardım göstərmək səlahiyyətini verirəm”, - memorandumda deyilir.
Sənəddə deyilir ki, ABŞ dövlət katibi öz səlahiyyətləri çərçivəsində Ukraynaya 250 milyon dollar məbləğində təmənnasız yardım göstərməyin ABŞ-ın maraqlarına uyğun olub-olmadığını müəyyən etməlidir. 350 milyon ABŞ dolları isə hərbi hazirliyin müdafiə vasitələri və xidmətləri, o cümlədən təlim və məşqləri üçün nəzərdə tutulub.
Qeyd edək ki, Rusiya fevralın 24-dən Ukraynada hərbi əməliyyat keçirir. Rusiya prezidenti Vladimir Putin bunun Ukraynanın demilitarizasiyası üçün lazım olduğunu söyləyib. Bir sıra ölkələr, o cümlədən ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Bu gün, fevralın 26-da isə Putinə qarşı məhdudiyyətlər tətbiq edilib.