Ermənistanın yeni prezidenti KİMDİR? -
Zəngəzurda doğulub, İrəvan meri olub...
Xəbər verdiyimiz kimi, Ermənistan parlamenti yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryanı ikinci turda prezident seçib.
Globall.az xatırladır ki, onun namizədliyinin lehinə 71 deputat səs verib.
Qeyd edək ki, Vaaqn Xaçatryan 22 aprel 1959-cu ildə Zəngəzur mahalının Qarakilsə (indiki Sisyan) şəhərində dünyaya gəlib.
1975-1980-ci illərdə İrəvan Xalq Təsərrüfatı İnstitutunda iqtisadçı peşəsinə yiyələnib. 1980-1981-ci illərdə sovet ordusunda xidmət edib.
1981-1989-cu illərdə “Razdanmaş” İstehsalat Birliyində iqtisadçı işləyib.
1989-1992-ci illərdə “Mars” dövlət müəssisəsində şöbə müdiri, baş direktor müavini vəzifələrində çalışıb.
1992-1996-cı illərdə İrəvan meri və Ermənistan prezidentinin müşaviri olub.
1996-1999-cu illərdə Respublika fraksiyasının üzvü kimi parlamentin deputatı olub və Maliyyə, kredit, büdcə və iqtisadi məsələlər daimi komissiyasında çalışıb.
2007-ci ildə Ermənistanda keçirilən parlament seçkilərində İmpiçment blokunun nümayəndəsi olub. 2021-2022-ci illərdə isə Ermənistan Respublikasının yüksək texnologiyalar sənayesi naziri vəzifəsini icra edib