Bu ölkə Ukraynaya silah göndərməkdən imtina etdi
Bolqarıstan parlamentdəki mübahisələrə görə Ukraynaya silah verməkdən imtina edib.
Bu barədə “Blumberq” məlumat yayıb.
Məlumata görə, Bolqarıstan Ukraynanın müdafiəsi üçün verəcəyi hərbi yardımı azaldıb, yalnız dəbilqə və zireh verib.
Bildirilib ki, Bolqarıstan parlamenti Ukraynaya silah tədarükü məsələsində razılığa gələ bilmir. Xüsusilə, Rusiyayönümlü sosialistlər Ukraynaya hərbi texnika göndəriləcəyi təqdirdə koalisiyadan çıxacaqlarını bildiriblər.
Sağ mərkəzçi Demokratik Bolqarıstan Partiyası isə bildirib ki, əgər hökumət Ukraynaya hərbi yardım etməsə, koalisiyadan çıxacaq.
Oxunub: 238
Xəbəri paylaş
Paylaş: