Müharibə fonunda son baş verənlər -
SİYAHI
Bu gün Rusiya-Ukrayna hərbi münaqişəsinin 67-ci günüdür.
Globall.az “BBC”yə istinadən müharibənin fonunda Ukraynada baş verən son hadisələri təqdim edir:
- Mariupoldakı polad zavodunda qapalı qalan daha çox mülki vətəndaşın təhlükəsiz təxliyəsi üçün səylər davam edir. Prezident Zelenski deyir ki, Ukrayna gələcək təxliyələri təşkil etmək üçün əlindən gələni edir;
- Ən azı 20 mülki şəxs şənbə günü axşam saatlarında Azovstal zavodunu tərk edib, lakin onların hara aparıldığı məlum deyil. Rusiya mediası və zavoddakı əsgərlər qrup arasında uşaqların da olduğunu bildiriblər;
- ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Kiyevə səfəri zamanı prezident Zelenski ilə görüşərkən ukraynalılara “azadlıq uğrunda mübarizəyə” görə təşəkkür edib;
- Xerson şəhərinə nəzarət edən rus qoşunları bu gündən orada rublun istifadə olunacağını bildirir;
- Zelenski gecə çıxışında Rusiyanın şərqdə yeni hücumlar üçün əlavə qüvvələr topladığını söyləyib;
- Cənubdakı strateji liman şəhəri olan Odessada hava limanı şənbə günü axşam saatlarında raket zərbəsinə məruz qalıb və onun uçuş-enmə zolağı məhv edilib.