Bu şəxslər küçəyə çıxsalar cərimələnəcəklər - RƏSMİ
"Report" xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ünvanlanan çoxsaylı suallara cavab olaraq bildirilib.
Yalnız vaxtı bitmiş icazələri aktivləşdirmək mümkündür. Əks halda sistemə yeni icazə kimi əlavə edilməlidir.
Əgər vətəndaşların fəaliyyət istiqaməti Operativ Qərargahın qərarı ilə təsdiqlənmirsə, sistemdə onların icazəsi aktivləşdirilsə belə yaşayış yerini tərk etdikləri təqdirdə karantin qaydalarının pozulmasına görə cərimələnə bilərlər.
Həmçinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bu həftənin şənbə və sabah günləri fəaliyyət göstərəcək bəzi dövlət qurumları müəyyənləşib.
Eyni zamanda dövlət əhəmiyyətli, həyat təminatlı müəssisələrin və qurumların, həmçinin fasiləsiz işləyən qurumların fəaliyyətləri zəruri hesab edilən işçilərini məhdud sayda cəlb etməklə tənzimlənir.