TƏBİB məlumat yaydı:
140 nəfər reanimasiyadadır
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 8-nə olan statistik göstəriciləri açıqlayıb.
Məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 3535 test edildiyi bildirilib.Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 343 391 test aparılıb. İndiyədək 93 nəfər COVID-19-dan dünyasını dəyişib, 4377 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 3406 nəfərdir. 140 nəfər reanimasiyada, 20 nəfər süni tənəffüs cihazındadır.Xatırladaq ki, bu gün Azərbaycanda 323 yoluxma faktı qeydə alınıb, 5 nəfər dünyasını dəyişib, 228 pasiyent sağalıb.
Oxunub: 367
Xəbəri paylaş
Paylaş: