BU GÜN AZƏRBAYCANDA KORONAVİRUSA YOLUXANLARIN SAYI 400-ü KEÇDİ -
4 nəfər vəfat etdi
Azərbaycanda 438 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların, infeksiyadan sağalanların və ölənlərin sayı açıqlanıb.
İndiyədək ölkədə ümumilikdə 11 767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 325 nəfər müalicə olunaraq sağalıb, 143 nəfər vəfat edib, 5 299 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Oxunub: 277
Xəbəri paylaş
Paylaş: