Rusiyada koronavirusa yoluxanların sayı 600 mini ötdü
Rusiyada son sutka ərzində daha 7176 nəfər koronavirus infeksiyasına yoluxub, bununla ümumi yoluxma sayı 606 881-ə çatıb.
Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Məlumata görə, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 811 nəfər.
Ölkədə virusdan ölənlərin sayı isə daha 154 nəfər artaraq 8 513-ə yüksəlib.
İndiyədək 368 822 xəstə sağalıb.
Oxunub: 338
Xəbəri paylaş
Paylaş: