DÇ-2022-nin mindən çox işçisi koronavirusa yoluxdu
2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının hazırlıqlarında iştirak edən xeyli işçi koronavirusa yoluxub.
“Report” AFP-yə istinadən xəbər verir ki, 1102 nəfərdən biri dünyasını dəyişib. 51 yaşlı mühəndis iyunun 11-də koronavirus səbəbindən ölüb. Onun heç bir xroniki xəstəlikdən əziyyət çəkmədiyi bildirilib.
Qeyd edək ki, DÇ-2022 21 noyabr – 18 dekabrda Qətərin 5 şəhərindəki 8 stadionda keçiriləcək.
Oxunub: 379
Xəbəri paylaş
Paylaş: