Ermənistanda daha 736 nəfər koronavirusa yoluxub -
ölənlərin sayı 426 nəfərə çatdı
Ötən sutka ərzində Ermənistanda daha 736 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.
APA-nın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 24 min 645 nəfərə çatıb.
Ötən sutka ərzində virusa yoluxan 6 nəfər ölüb və bununla da ölkədə virusa yoluxma nəticəsində ölənlərin sayı 426 nəfərə yüksəlib. Ötən gün koronavirusa yoluxanlar arasında digər səbəblərdən isə 7 nəfər ölüb və bununla da koronavirusa yoluxanlar arasında digər səbəblərdən ölənlərin sayı 139 nəfərə çatıb.
Oxunub: 392
Xəbəri paylaş
Paylaş: