SMS icazələrlə bağlı yenilik -
gündə yalnız bir dəfə icazə veriləcək
Xüsusi karantin rejimində tətbiq edilən “SMS icazə” xidmətində dəyişiklik edilib.
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“Asan Xidmət”) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib ki, 2 həftəlik karantin rejimi tətbiq edilərkən “SMS İcazə” sistemi üzrə təlimata uyğun olaraq vətəndaşların hər iki koddan istifadə etməsi nəzərdə tutulmuşdu. “Lakin əvvəlcədən xəbərdarlıq edilmişdi ki, vətəndaşlar bundan sui-istifadə etməsinlər. Amma sui-istifadə halları olduğu üçün artıq SMS-icazə sisteminə limit qoyulub. Vətəndaşlar gündə yalnız bir dəfə icazə ala bilərlər”,-Niftəliyev bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl 8103 SMS icazə sisteminin fəaliyyətində dəyişiklik edilib. Hazırda müvafiq kod üzrə müraciət olunduğu zaman cavab SMS-i 15 dəqiqə ərzində gəlir.
Globall.az