Əhaliyə HAVA XƏBƏRDARLIĞI
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva Anews.az-a bildirib ki, yanvarın 4-ü gündüzdən yanvarın 5-i gündüzədək arabir yağış yağacağı gözlənilir.
“Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, yanvarın 2-si axşamdan yanvarın 5-i gündüzədək hava şəratinin qeyri-sabit kecəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Yanvarın 2-də və 3-də gündüz qərb küləyi arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə aşağı enəcək. Gecə və səhər saatlarında dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var”, – deyə o bildirib.