Azad edilən ərazilərin bir qarışı belə itirilməyib -
Dərgahlı erməni yalanını ifşa etdi
"Ermənistan tərəfi təxribat xarakterli məlumatlar yaymaqda davam edir".
Bunu açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
"Azərbaycan Ordusunun azad etdiyi ərazilərinin bir qisminin Ermənistan ordusu tərəfindən guya geri qaytarılması barədə erməni tərəfinin yaydığı xəbər dezinformasiyadır.
Bildiririk ki, azad etdiyimiz ərazilərin bir qarışı belə itirilməyib. Hazırda Azərbaycan Ordusu düşmənin müqavimətinin qırılması istiqamətində əməliyyatı həyata keçirir", - o bildirib.
Oxunub: 294
Xəbəri paylaş
Paylaş: