Gürcüstanda koronavirus:
yoluxanların sayı 40 mini ötüb
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1791 yoluxma halı qeydə alınıb.
Bu barədə Gürcüstanın hökumətinin koronavirusa mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 40 727 nəfərə çatıb.
Virusa yoluxanlardan 25104 nəfərinin sağaldığı, 335 nəfərinin isə öldüyü bildirilir./apa
Oxunub: 253
Xəbəri paylaş
Paylaş: