Ermənilər Kəlbəcərdəki Xudavəng monastırını söküb aparırlar
Kəlbəcər rayonunu tərk edən ermənilər növbəti vəhşiliyə əl atır.
Modern.az-ın məlumatına görə, işğal dövründə Kəlbəcərə köçürülən ermənilər evləri və ərazidəki meşə zolaqlarını yandırmaqla yanaşı, tarixi abidələrə də təcavüz edir. Ermənilər Kəlbəcər rayonu ərazisindəki qədim tarixi abidə olan Xudavəng monastrını sökməyə başlayıb. Onlar monastrda qədim əşyaları, əsərləri və digər qiymətli əşyaları Ermənistana daşımağa başlayıblar.