"Taliban" Əfqanıstanın yarısına nəzarət etdiyini iddia edir
“RİA Novosti” xəbər verir ki, bunu jurnalistlərə “Taliban”ın Qətərdəki ofisinin nümayəndəsi Süheyl Şahin bildiririb.
Onun sözlərinə görə, son həftə ərzində Əfqanıstanın 398 rayonundan 162-sinə nəzarəti ələ keçiriblər. Qruplaşmadan bildirilib ki, ən çox Bədəxşan əyalətinin rayonlarına nəzarət edirlər. Məlumata görə, əyalətin 23 rayonu, o cümlədən Vakxan onların nəzarəti altındadır. Bu əyalət Tacikistanla sərhəddə yerləşir. İki ölkə arasında sərhədin uzunluğu 910 km-dir.
Əfqanıstan Müdafiə Nazirliyi isə bildirib ki, qurplaşmanın mövqelərinə endirdikləri hava zərbələri nəticəsində 261 taliban silahlısı ölüb, 200-dən çoxu yaralanıb.
Qeyd edək ki, iyulun 7-də Əfqanıstan hakimiyyətinin nümayəndələri ilə “Taliban” təmsilçiləri arasında danışıqlar başlayıb.