Səfa Mirzəyev: “Milli Məclisin fəaliyyətində dəyişikliklər olacaq”
"Report”un xəbərinə görə, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev AzTV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, bundan sonra Milli Məclisin fəaliyyətində də, yəqin ki, dəyişikliklər olacaq:
“Bu həm qanunvericilik fəaliyyətinə aid olacaq, həm təmsilçilik, həm nəzarət, həm də beynəlxalq əlaqələr sahələrinə. Eyni zamanda Milli Məclisin Aparatında da islahatlar həyata keçirməliyik: müasir dövrə uyğun həm struktur dəyişiklikləri, həm də kadr islahatları. Gənc kadrları Milli Məclisin işinə cəlb edəcəyik. Ümid edirəm ki, Milli Məclisin yeni rəhbərliyi yaxın günlərdə böyük işlər görəcək”.