İspaniya və İsveçdə koronavirus daşıyıcılarının sayı kəskin artıb
İspaniya və İsveçdə koronavirus daşıyıcılarının sayı kəskin artıb.
Məlumata görə, İspaniyada 391, İsveçdə isə 65 yeni yoluxma faktı qeydə alınıb.
Beləliklə, virus daşıyıcılarının sayı İspaniyada 1 622, İsveçdə isə 325 nəfərə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 116 310-a çatıb. Bunların 64 647 nəfəri sağalıb, 4 090 nəfəri isə ölüb./report
Oxunub: 558
Xəbəri paylaş
Paylaş: