Elton Məmmədov Ramiz Mehdiyevi məhkəməyə verdi
Bizim.media-nın əldə etdiyi məlumata görə, AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin eks müdiri, Ziya Məmmədovun qardaşı Elton Məmmədov qurumu məhkəməyə verib.
Səbəb kimi Ramiz Mehdiyevin işdən kənarlaşdırdığı Elton Məmmədovun yerinə kürəkəninin qardaşı Fikrət Əliyevi gətirməsi olub.
Bu barədə danışan Elton Məmmədov AMEA-nı məhkəməyə verməsi məsələsini nə təsdiq, nə də təkzib edib:
Sayt məsələni Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə də dəqiqləşdirməyə çalışıb.
Qurumun şöbə müdiri Ağahüseyn Şükürov bir qədər sonra məlumat verəcəyini bildirsə də. sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.
Qeyd edək ki, Elton Məmmədovun AMEA-dakı vəzifəsinə Ramiz Mehdiyevin əmri ilə öz kürəkəni, keçmiş deputat İlham Əliyevin qardaşı Fikrət Əliyev təyin olunub.