Braziliya Prezidenti koronavirusa yoluxdu -
O martın 7-dən 10-dək ABŞ-da olub və Donald Trampla görüşüb
Dövlət başçısının koronavirusa yoluxması ilə bağlı ilk hal qeydə alınıb.
Xarici KİV-lərə istinadən bildirir ki, Braziliya Prezidenti Jair Bolsonarudan koronavirusla bağlı götürülmüş test müsbət nəticə verib.
Təhlillərin digər nəticələri martın 13-də açıqlanacaq.
Bundan əlavə, prezidentin mətbuat katibi Fabio Vaynqarten də analiz verib və onda da koronavirus aşkar edilib.
Qeyd edək ki, Braziliyanın yüksək səviyyəli nümayəndə heyəti martın 7-dən 10-dək ABŞ-da səfərdə olub, bu müddətdə Braziliya prezidenti və komandası ABŞ Prezidenti Donald Tramp ilə görüşüb.
Oxunub: 336
Xəbəri paylaş
Paylaş: