Nobel mükafatı rus jurnalistə verildi -
“Novaya Qazeta” qəzetinin baş redaktorudur...
Builki Nobel Sülh Mükafatı Rusiyanın müstəqil “Novaya Qazeta” qəzetinin baş redaktoru Dmitri Muratov və filippinli-amerikalı jurnalist Mariya Ressaya ifadə azadlığını qorumaq cəhdlərinə görə verilib.
“Xanım Ressa və cənab Muratov Sülh Mükafatına Filippində və Rusiytada ifadə azadlığı uğrunda cəsarətli asavaşına görə layiq görülüb. Onlar eyni zamanda demokratiyanın və mətbuat azadlığının getdikcə ağır şərtlərlə üzləşdiui dünyada bu ideya uğrunda mübarizə aparan bütün jurnalistləri təmsil edirlər",– deyə Norveç Nobel Komitəsi oktyabrın 8-də bildirib.qurum vurğulayıb.
Nüfuzlu Nobel Süıh Mükafatı ölkələr arasında qardaşlıq üçün çox və yaxşı işlər görüşmüş şəxslərə və təşkilatlara verilir. Ötən il bu mükafat BMT-nin Romada yerləşən Dünya Ərzaq proqramına təqdim edilmişdi. Bu agentlik dünyada aclıq ilə mübarizə aparır.
Mükafat qızıl medal və 1.14 milyon dollardan ibarətdir. Bu mükafat 1895-ci ildə vəfat etmiş isveçli ixtiraçı Alfred Nobelin mirası əsasında təsis edilib. Bu həftə fiziologiya və tibb, fizika, kimya və ədəbiyyat üzrə mükafatların qalibləri açıqlanıb. İqtisadiyyat üzrə Nobelin qalibi isə oktyabrın 11-də bilinəcək.