"Ukraynada 10 minə yaxın NATO hərbçisi var"-
Rusiya XİN
Ukraynadakı situasiyanın inkişafı Rusiyanın narahatlığına səbəb olur, çünki NATO ölkələri silah tədarükünü artırır və od üzərinə yağ tökür.
Bu barədə dekabrın 15-də brifinqdə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.
«Ukraynada situasiya narahatlıq doğurmaqda davam edir -yumşaq desək. NATO ölkələri Ukraynaya silah-sursat tədarükünü artırır, onun hərbçilərini məşq elətdirir, amma bunu hansısa mifik sabitlik və təhlükəsizlik tapşırıqları məqsədilə etmir, əksinə, od üzərinə yağ tökmək məqsədilə, ölkədə daha geniş miqyaslı vətəndaş müharibəsinə rəvac vermək məqsədilə edir» - diplomat qeyd edib.
O, göstərib ki, 2014-cü ildən üzübəri ABŞ Ukraynaya 2,5 milyard dollar hərbi kömək göstərib, o cümlədən 400 milyon dollardan çox cari ildə, bu yaxınlarda isə Vaşinqton 30 "Javelin" markalı raket kompleksi və onlar üçün 180 raket. 2022-ci ildə Kiyevə 300 milyon dollarlıq silah tədarükü nəzərdə turub.
Zaxarova qeyd edib ki, bu, Minsk razılaşmasının reallaşması və münaqişənin həlli üçün şərait yaratmır və həm də Donbassın humanitar problemini həll etmir. «Qərbli təlimatçılar Ukraynada hərbçilərin hazırlığını davam etdirirlər. Maydanın qalib gəldiyi ölkədə 10 minə yaxın NATO hərbçisi var - 4 min ABŞ, 6 min digər alyans hərbçisi» - Zaxarova əlavə edib