Fransa yeni nəsil nüvə sualtı qayığını sınaqdan keçirdi
Fransanın müdafiə nazirliyi “Barrakuda” layihəsinin əsas gəmisi olan “Süffren” adlı yeni nəsil çoxməqsədli nüvə sualtı qayığının sınaqlarını nümayiş etdirib.
“Naval News” xəbər verir ki, “Süffren”lərlə Fransa tərəfindən 1983-cü ildən istifadə olunan “Rübi” sualtı qayıqlarının əvəz edilməsi planlaşdırılır.
Məlumata əsasən, Fransa höküməti Hərbi Dəniz Qüvvələrini altı yeni sualtı qayığı ilə təchiz edəcək.
Oxunub: 402
Xəbəri paylaş
Paylaş: