Gəncə üsyanının 100-cü ildönümüdür
“Report”un məlumatına görə, üsyandan 100 il ötür.
Üsyana rəhbərliyi Azərbaycan Cümhuriyyətinin hərbçiləri edib.
Azərbaycan mühacirətinin görkəmli nümayəndəsi, bəstəkar Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəyli 1952-ci ildə nəşr edilmiş "Azərbaycan" jurnalında Gəncə üsyanı haqqında belə yazırdı: “Gəncə üsyanı millətimizin şərəf və namusunun yenidən kəsbi-etibar qazandığı bir dastandır. Gəncədə may ayında tökülən türk qanı 27 aprel hadisəsi hərəkatında millətimizə atılan ləkəni silib-götürdü”.
“Bu üsyan ibtida Gəncədə başladı. Çarizmin qəddar generalı Knyaz Sisyanova parça-parça doğranıncaya qədər müqavimət göstərən Cavad xanın şəhəri bu dəfə də kəndisini göstərdi. Millətin təhəmmül edəmədiyi təcavüzlərə qarşı üsyankar ruhilə köpürdü. Burada daha silahlarını təslim etməmiş bulunan Azərbaycan əsgərləri üsyanın kökünü təşkil etdilər”.