Putin Liviyada bu əsgərlərdən istifadə edir -
Brayza
Rusiya Prezidenti Vladimir Putin Suriyadan sonra Liviyada da muzdlu əsgərlərdən istifadə edir.
Bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
Brayza Rusiya prezidentinin bu kimi taktikadan çox istifadə etdiyini bildirib:
“Əsgərlər Rusiya əsgərləridir, amma başqa ad altında. Bundan ilk dəfə Ukraynanın şərqində və Krımda istifadə etdilər. Putin bunların rus əsgərləri deyil, könüllü olduğunu söylədi. Bir neçə ay sonra isə rus əsgərləri olduğunu etiraf etdi. Sonra rus qoşunlarını Suriyaya və daha sonra da “Vaqner” şirkətinin bir hissəsi olaraq Liviyaya göndərməyə qərar verdi. Yəni ki, bunlar Rusiya əsgərləridir. Ancaq problem yarandığı halda Putin “Onlarla bizim əlaqəmiz yoxdur” deyə bilir”.
M. Brayza qeyd edib ki, belə bir vəziyyət bir neçə ay öncə Suriyanın Deyr əz-Zor şəhərində baş verib:
“Vaqner” qrupundakı muzdlular ABŞ əsgərlərinə atəş açdı və hərbçilərimiz yüzlərlə muzdlunu öldürdü. Putin nə şikayət etdi, nə də açıqlama verdi. Eyni vəziyyət həqiqətən rus əsgərləri ilə yaşansaydı, Rusiya və ABŞ arasına müharibə olacaqdı. Bu taktika Putinə müxtəlif konfliktlərdə hərbi gücdən istifadə etməyə, yeri gələndə də bu qüvvələrin Rusiya qoşunları olmadığını iddia etməyə imkan verir”.