Bakıdakı yolların rənglənməsi 3,8 milyon ABŞ dollarına başa gələcək
Bu il Bakı Nəqliyyat Agentliyi (BNA) dövlət büdcəsindən yolların rənglənməsinə 6 milyon 586 min manat və ya 3 milyon 874 min ABŞ dolları xərcləyəcək.
Dövlət satınlmalarının vahid elektron portalına əsasən, bu məqsədlə BNA aprelin 21-də və iyunun 5-də Avtomobil Yolları Dövlət Agentliyi yanında “№1 Xüsusi Təyinatlı Yol İstismarı” MMC (1 milyon 29 min manat) və özəl “Yol Xətt” MMC ilə (5 milyon 556,9 min manat) iki müqavilə bağlayıb./turan
Oxunub: 402
Xəbəri paylaş
Paylaş: