“Sosial müavinətlər haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarıldı
“Report” xəbər verir ki, dəyişiklik layihəsi barəsində Milli Məclisin İqtisadi və sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev məlumat verib.
“Yeni maddəyə əsasən övladlığa götürülən uşağa görə hansı halda müavinətin təyin ediləcəyi müəyyənləşir. Belə ki, qanuna dəyişiklik layihəsi ilə övladlığa götürülən uşağa görə müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə) təyin olunacaq”.