Çinin gizlətdiyi sirr -
Taclı virusun maraqlı xronologiyası
Amma Çinin çox gizli saxladığı, üstünün açılmasını əsla istəmədiyi bir sirr var.
O, "Səmaaltı imperiya"da koronavirus təhlükəsinin hər vəchlə gizlədilməsi olub.
Bundan bəhs etmək istəyirəm.
... COVİD-19 koronavirus pandemiyasının tarixi hələ yazılır, əfsuslar. Lakin elə indi, faktiki ilkin mərhələdə görmək olur ki, bəlanın yaranma dönəmində qəbul edilən qərarlar dürüst olsaydı, dünya belə dəhşətli təhlükə ilə üzləşməzdi.
Gerçəklər acıdır. Çox acı.
Məsələn, Çində rəsmi qurumlar koronavirusun yayılmağa başladığı dönəmlərdə "bu virus insandan insana keçmir" deyirdilər.
Və ya Ümumdünya Səhiyyə Təşkilatı da Çinin hakimiyyət dairələri ilə razılaşıb buyurmuşdu ki, bəli, belədir.
İtaliya, ABŞ, Fransa, İspaniya, Britaniya - koronavirusla bağlı situasiya çox ağırdır.
Bəs Çindən dəqiq, konkret, ən əsası isə dürüst məlumatlar gəlsəydi, dünya ölkələri yoluxmaya hazır ola bilərdilərmi?
Yəqin ki...
Çində koronavirusla bağlı durumun xronoligiyasına baxaq. Emosiyasız, şərhsiz, sadəcə faktlarla.
Halbuki həmin anda Uhanda artıq iki həkim virusa yoluxmuşdu. Yalnız üç həftə sonra rəsmi Pekin Ümumdünya Səhiyyə Təşkilatına məlumat verir. Üç həftə "sükut"...
Şanxaydakı Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin sabiq əməkdaşı Tao Lin deyir: "Narahatlığa heç bir əsas yoxdur. Yoluxmaların qarşısını ilkin mərhələdə ala bilərik. Xəstəliklərə nəzarət sistemimizi, fövqəladə hallara hazırlıq səviyyəmizi və səhiyyə sistemimizini nəzərə alsaq, problemin öhdəsindəən gələcəyik".
Yanvarın 3-də şəhər polis idarəsində Li Venlan "könüllü" açıqlama yazır: "Yanlış davrandığımı anladım. Bundan sonra qanunsuz əməllər etməyəcəyimə söz verirəm".
Virusa yoluxma faktlarını ilkin qeydə almış həkimlərdən 7 nəfər də evlərindən aparılır, həbs olunur. Onların taleləri hələ də naməlumdur.
Bir gün sonra Hubey vilayətinin Səhiyyə İdarəsinin əməkdaşlarından biri genetik mühəndislik sektorunda çalışan şirkətin əməkdaşına zəng vurub Uhanda yayılmağa başlamış yeni virusun nümunələrinin testlərinin dayandırılmasını, bütün nümunələrin məhv olunmasını tapşırır.
Həmin vaxt artıq 175 min insan Uhanı tərk etmişdi. 21 ölkənin aviaşirkətlərinin təyyarələri Uhandakı hava limanına enir və qalxırdıılar. Sadəcə, bir fakt: 2019-cu ilin ilk rübündə Uhandan ABŞ-a 13267, İtaliyaya 8234 sərnişin yollanmışdı.
Bəyanatda deyilir: "Hazırda əldə olunan sübutlar göstərir ki, 2019-nCoV insandan insana keçir. Bu virusun insandan insana yoluxma ilə bağlı daha effektiv imkanlar əldə etməsi bizi narahat edir".
Elə həmin gün Uhan Virusologiya İnstitutu yeni virusun genom xəritəsini hazırlayıb başa çatdırır. Amma... Rəsmi Pekin bu barədə hələ bir həftə susacaqdı.
Eyni zamanda, həmin qurumlara tapşırılır ki, onlarda olan yeni virus nümunələri ya siyahısı təsdiqlənmiş sınaq laboratoriyalarına təhvil verilsin, ya da məhv edilsin.
ABŞ kəşfiyyatı bundan xəbər tutur. ABŞ-ın səhiyyə nazirliyinin katibi Aleks Azar etiraf edir ki, bu barədə nazirə operativ məlumatlar verilib: "O, həmin məlumatları Milli Təhlükəsizlik Şurasına çatdırmalı idi". Çatdırdımı?!
Ümumdünya Səhiyyə Təşkilatı isə bəyanat yaydı: "Yeni virusun bu qədər qısa müddətdə ilkin identifikasiyası böyük uğurdur və Çinin virusun yeni yayılmalarının öhdəsindən gəlməklə bağlı arrtan imkanlarını nümayiş etdirir...
ÜST səyahətə çıxanlara hansısa konkret tədbirlər görməyi məsləhət bilmir. Malik olduğumuz məlumatlar əsasında Çindən səfərlərin məhdudlaşdırılması və ya Çinlə ticari münasibətlərin azaldılması istiqamətində hər hansı addımlara zərurət duymuruq".
Uhanın Bələdiyyə Səhiyyə Komissiyası yeni bəyanat yayır: "Yeni virusun insandan insana keçməsi ilə bağlı heç bir sübut yoxdur". Çində isə həkimlər virusun ailədə bir adamdan başqasına keçməsini qeydə alırlar.
Onlarda yoluxma faktları aşkarlanmayıb. Yanvarın 3-dən bəri yeni yoluxma faktları qeydə alınmayıb. Hazırda tibbi personalın virusa yoluxması ilə bağlı heç bir fakt yoxdur. Virusun insandan insana keçməsinə dəlalət edəcək heç bir sübut yoxdur. Uhanda pnevmoniyaya yoluxma ilə bağlı müəmmalı halların əksəriyyəti dəniz məhsulları bazarı ilə aşkar əlaqədədir".
Elə həmin gün Hubey vileyətinin rəhbərliyi regional görüşə başlayır. 4 gün davam edən görüşdə koronavirusla bağlı bir kəlmə deyilmir. Halbuki virus Uhanda artıq tüğyan edirdi...
Ümumdünya Səhiyyə Təşkilatı isə rəsmi Pekini təkrarlayır: "Çinin hakimiyyət dairələrinin apardıqları ilkin araşdırma Uhanda aşkarlanmış yeni koronavirusun insandan insana keçməsinə dəlalət edə biləcək heç bir sübut aşkarlamayıb".
ÜST-ün bəyanatı Uhanda bir adamın başqasını koronavirusa yoluxdurmasından 6 həftə sonra səslənir.
Uhanın Bələdiyyə Səhiyyə Komissiyası ritorikanı dəyişməyə başlayır.
Yeni bəyanatda deyilir: "Əlimizdə olan sübutlar virusun insandan insana keçməsi faktına dəlalət etməsə də, belə yoluxmanın məhdud hallarını istisna etmək olmaz. Amma istənilən halda, sözügedən yoluxma riski olduqca aşağıdır".
Daha bir bəyanat: "Yoluxanlarla yaxın təmaslarda olanlar arasında bir yoluxma faktı da yoxdur".
Fəqət, ABŞ-ın dövlət qurumları koronavirus təhlükəsi ilə bağlı heç bir rəsmi bəyanat vermir, heç nə olmamış kimi davranırlar və vətəndaşları xəbərdar etmirlər.
Uhanın Bələdiyyə Səhiyyə Komissiyasının yeni bəyanatı: "Virusa yoluxanlarla yaxın təmaslarla bağlı 763 hal müşahidə olunub. 665 halda müşahidə ləğv olunub. 98 nəfər tibbi müayinədədir. Yaxın təmasda olanlar arasında yoluxma faktı yoxdur".
Uhanda isə 40 min ailənin Yeni İl bayramlaşması keçirilir.
Çinin Milli Səhiyyə Komissiyası isə ritorikanı dəyişir. Bəyan olunur ki, Quandun vilayətində insandan insana koronavirusun keçməsiilə bağlı 2 hal qeydə alınıb: "Tibbi personalda da yoluxanlar var".
Wuhan Evening News qəzeti ilk dəfə olaraq virus barədə böyük məqalə dərc edir.
Uhanı isə milyonlarla insan tərk etmişdi. Onlar virusu Çinə və bütün dünyaya yaymağa başlamışdılar.
Yeni virusun qarşısının alınması istiqamətində Çin rəhbərliyinin fəaliyyəti təqdirəlayiqdir".
Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Komitəsi toplantı keçirir və belə qərara gəlir ki, COVİD-19 koronavirusunun yayılması, yəni ÜST-ün fövqəladə vəziyyət barədə qərarı (Public Health Emergency of International Concern, PHEİC) üçün yetərli deyil.
Yəni ÜST koronavirusu dünya miqyasında təhlükəli virus hesab etmir.
ABŞ prezidenti Donald Tramp isə Davos İqtisadi Forumunda CNBC-yə müsahibəsində deyir: "Hər şey nəzarət altındadır. Sadəcə, Çindən gəlmiş bir adam yoluxub. Hər şey nəzarətdədir. Hər şey yaxşı olacaq".
İtaliyadakı çinlilərin diaspor təşkilatlarından olan "Associazione Unione Giovani Italo Cinesi" isə kütləvi mitində koronavirusa yoluxan insanları dəstəkləməyə çağırır.
Milan şəhərində "Mən virus deyiləm. Mən insanam. Ayrı-seçkiliyə son" şüarı ilə çinlilər fləşmob keçirir, meydanlarda insanları qucaqlayır, fotolar çəkdirirlər.
İki həftə sonra Milanın olduğu Lombardiya vilayətində koronavirus fəlakəti başlanır...