Türkiyə Suriyada hücuma keçdi -
M4 magistral yolunun açılmasına növbəti cəhd
Türkiyə Suriyada hücuma keçərək İdlib əyalətindəki Nairab kəndi yaxınlığındakı M4 şossesində yaraqlıların mövqelərinə zərbələr endirib.
Bu barədə məlumatı vəziyyətlə tanış mənbələrə istinadən Rusiyanın "İzvestiya" qəzeti yayıb.
Xeyyət Təhrir əş-Şam qruplaşmasının möhkəm qalalarına da bir neçə hava hücumu qeydə alınıb.
Nəşrin yazdığına görə, Türkiyə hərbçilərinin dəstəyindən sonra İdlibdə döyüşlərin intensivliyi kəskin şəkildə artıb, bölgədəki münaqişənin kəskinləşməsi ilə bağlı Rusiya ilə Mart razılaşması çərçivəsində, yaraqlıların dəstəyi ilə yerli sakinlər tərəfindən qismən bloklanmış M4 magistral yolunun açılmasına növbəti dəfə cəhd edilib.
Nəşr qeyd edir ki, Rusiya və Türkiyə hərbçiləri M4-ü patrul etmək cəhdini həftədə bir dəfə təkrarlayırlar, lakin karvan Nairab şəhərinə cəmi bir neçə kilometrlik məsafəni qət edir və etirazçılarla münaqişəyə girmir. Baxmayaraq ki, onlar 70 kilometr məsafəyə nəzarət etməlidirlər.