İsmayıllıda ata-oğulla həmkəndlisi arasında dava olub, xəsarət alanlar var
İsmayıllı rayonunda ata-oğulla həmkəndlisi arasında dava olub, xəsarət alanlar var. "Report"un əldə etdiyi məlumata görə, hadisə Uştal kəndində qeydə alınıb. Belə ki, həmin kənd sakini, 1972-ci il təvəllüdlü Etibar Qurbanov və oğlu, 1994-cü il təvəllüdlü Hicran Qurbanovla həmkəndliləri - 1986-cı il təvəllüdlü Raqib Qasımov arasında torpaq üstündə mübahisə yaranıb. Daha sonra onlar dava edib və bir-birilərinə xəsarət yetiriblər. Həmin şəxslər xəstəxanaya yerləşdiriliblər. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırma aparılır.
Oxunub: 105
Xəbəri paylaş
Paylaş: