Bakı sakini Şəmkirdə naməlum şəraitdə ağır xəsarət alıb
Şəmkirdə 41 yaşlı qadın naməlum şəraitdə müxtəlif xəsarətlər alıb. “Report” xəbər verir ki, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü X.Vəliyeva aldığı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə xəsarət alması hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 103
Xəbəri paylaş
Paylaş: