Bakıda kişi bıçaqlanıb, qadın şübhəli bilinir
Bakıda kişi bıçaqlanıb, qadın şübhəli bilinir. “Report”un xəbərinə görə, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü, məhkum olunmuş Gülnarə Allahverdiyeva ilə 1988-ci il təvəllüdlü Amil Əşrəfov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Bu zaman o, bıçaqla kişinin bədəninə xəsarət yetirib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Oxunub: 74
Xəbəri paylaş
Paylaş: