Ağdamda minaya düşən hərbçinin ayağı amputasiya edildi
(YENİLƏNDİ)
Daxili İşlər Nazirliyi (DİN) Ağdamda minaya düşən hərbçi ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən Globall.az-a bildirilib ki, nazirliyin Daxili Qoşunlarının hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü Ömərov Seyidağa Mirzəağa oğlu bu gün saat 11:40 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində xidmət olarkən minaya düşüb və partlayış nəticəsində ağır bədən xəsarəti alıb.
O, dərhal xəstəxanaya yerləşdirilib, sağ ayağın dizdən aşağı ətrafı amputasiyası edilib.
Hazırda vəziyyəti stabildir.
xxx
Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların hərbçisi, çavuş Əzizağa Umarov Ağdam rayonunda minaya düşüb.
Globall.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Ə.Umarov Çəmənli kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşərək xəsarət alıb.
Faktla bağlı Ağdam Rayon Prokurluğunda araşdırma aparılır.