Bu ilin 2 ayında Bakıda 112 yaşayış binasına qaz verilib
Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli fərmanının icrası ilə əlaqədar Bakıda bir çox binanın istismara qəbulu prosesi bu il də diqqətdə saxlanılır.
Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə “Azəriqaz” müvafiq tədbirləri davam etdirir. Belə ki, 2020-ci il yanvar ayının 7-dən fevral ayının 29-na qədər 112 yaşayış binası üzrə 5 097 mənzil təbii qazla təmin olunub.
Oxunub: 552
Xəbəri paylaş
Paylaş: