Türkiyədə qırmızı kodlu xəbərdarlıq! -
Məktəblər bağlandı
Türkiyənin Antalya bölgəsində əhaliyə qırmızı kodlu xəbərdarlıq edilib. Sinoptiklər ərazidə hava şəraitinin kəskin pisləşəcəyini proqnozlaşdırıblar.
Dekabrın 30-da əyalətdə xüsusilə güclü leysan yağışları gözlənilir.
Xəbərdarlıqla bağlı artıq Kəmər, Qumluca və Finike rayonlarında ibtidai və orta məktəblərdə təhsil dayandırılıb. Tədris prosesindəki fasilənin yalnız bir gün olacağı bildirilib./“Haber Global”
Oxunub: 256
Xəbəri paylaş
Paylaş: