İranda koronavirusdan deyil, araqdan ölənlərin sayı şok etdi -
1 həftədə saxta içkidən 67 nəfər öldü
İranın Xuzistan, Əlborz və Mazandaran əyalətlərində son 1 həftədə saxta içkidən həyatını itirənlərin sayı 67 nəfərə çatıb.
Turkustan.info qaynarinfo.az-a istinadla xəbər verir ki, bu barədə Əhvaz Cundişapur Tibb Elmləri Universitetinin sözçüsü Əli İlsanpur açıqlama verib. Onun sözlərinə görə, 6 mart tarixindən bəri saxta içkidən zəhərlənən 502 nəfər xəstəxanalara müraciət edib.
“Bəzi işbazlar spirtin koronavirusa təsir etdiyinə dair şayiələr yayıb. Spirt koronavirusun müalicə mərhələsində heç bir işə yaramır”, – deyə İhsanpur bildirib.
Əhvaz şəhərinin baş prokuror əvəzi Əli Beyranvənd isə saxta içkiyə görə 17 nəfərin saxlanıldığını elan edib.
Oxunub: 437
Xəbəri paylaş
Paylaş: