“Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır”
Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir. Globall.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev aprelin 26-da Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında səsləndirib. “Zəngin enerji resurslarına malik olmağımıza baxmayaraq, biz bu məsələni müdafiə edəcəyik”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, ənənəvi enerjiyə sahib olan ölkələr xüsusilə də iqlim dəyişikliyi məsələsində həmrəylik nümayiş etdirməlidirlər.
Oxunub: 36
Xəbəri paylaş
Paylaş: