BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı təcili iclas keçirəcək
BMT Təhlükəsizlik Şurası Birləşmiş Krallıq, ABŞ və Fransanın sorğusu əsasında Suriyadakı vəziyyətlə əlaqədar təcili iclas keçirməyə hazırlaşır.
Bu barədə TASS agentliyi məlumat yayıb.
Qeyd edilən ölkələr BMT Baş katibinin Suriya üzrə xüsusi elçisi Qeyr Pedersen, eləcə də BMT-nin Humanitar məsələlərin əlaqələndirilməsi ofisinin nümayəndələrinin iştirakı ilə Suriyanın şimal-qərbindəki vəziyyətlə bağlı xüsusi brifinqin keçirilməsi barədə quruma sorğu ünvanlayıblar.
İlkin məlumata görə, iclas fevralın 6-da keçiriləcək.
Globall.az
Oxunub: 355
Xəbəri paylaş
Paylaş: