TƏBİB-dən Nəsib Quliyevin ölümü ilə bağlı - AÇIQLAMA - YENİLƏNİB
TƏBİB sabiq baş pediatr, tibb elmləri doktoru, professor Nəsib Quliyevin ölümü ilə bağlı açıqlama verib.
Globall.az xəbər verir ki, qurumdan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 24.04.2024-cü il tarixində saat 12:23 radələrində Abşeron rayonu, Goradil ərazisindən tanınmış həkim-pediatr, tibb elmləri doktoru, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun intihar etməsi səbəbilə çağırış daxil olub.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.
Ünvanda şəxsin həkiməqədər ölümü qeydə alınıb.
----------
Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev vəfat edib.
Globall.az bildirir ki, News365.az-ın əldə etdiyi məlumata görə o özünü güllələyib.