Rusiyanın müharibədəki itkiləri açıqlandı
Fevralın 24-dən martın 4-dək olan müddət ərzində hərbi əməliyyatlar nəticəsində Rusiya Silahlı Qüvvələrinin 9166 hərbçisi ölüb.
Globall.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qərargah məhv edilən rus hərbi texnikalarının, döyüş maşınlarının və qırıcılarının sayını da açıqlayıb.
“Rusiya ordusuna məxsus 251 tank, 939 Piyadaların Döyüş Maşını, 105 artilleriya qurğusu, 50 ədəd reaktiv atəş sistemi, 33 hərbi təyyarə, 37 hərbi helikopter, 404 hərbi avtomobil, 2 sürət kateri, 60 yanacaq çəni olan avtomobil, 3 əməliyyat-taktik səviyyəli pilotsuz uçuş aparatı məhv edilib”, - məlumatda deyilir.
Oxunub: 417
Xəbəri paylaş
Paylaş: