BMT: 1,2 milyondan çox ukraynalı ölkəni tərk etmək məcburiyyətində qalıb
Rusiyanın Ukraynada müharibəyə başladığı gündən bəri 1,2 milyondan çox insan vətənini tərk etmək məcburiyyətində qalıb.
Bu barədə BMT-nin Strateji Kommunikasiya və İnformasiya Təhlükəsizliyi üzrə Mərkəzi məlumat yayıb.
Məlumata görə, müharibədən qaçan 650 min nəfər Polşaya, 145 min nəfər Rumıniyaya, 103 min nəfər Moldovaya, 90 min nəfər isə Slovakiyaya sığınıb. Bundan başqa, döyüşlərin getdiyi bölgələrdə yaşayan yüz minlərlə insan öz evlərini tərk edərək ölkənin digər şəhərlərinə gedib.
Qeyd edək ki, martın 4-də Avropa İttifaqı Şurası ukraynalı qaçqınlar üçün müvəqqəti müdafiə sisteminin tətbiqi barədə qərarı yekdilliklə dəstəkləyib. (azərtac)
Oxunub: 418
Xəbəri paylaş
Paylaş: