Ruslar yenidən "Azovstal”ı bombalamağa başladı
Mariupolda rus işğalçıları Ukrayna qüvvələrinin müdafiə etdiyi “Azovstal” zavoduna yenidən aviazərbələrə başlayıb.
Globall.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviçin Prezident Aparatının "Facebook" səhifəsində dərc olunan videomüraciəti zamanı deyilir.
“Ağır xəbərimiz var. O da budur ki, düşmən Azovstal bölgəsində Mariupol müdafiəçilərinin son müqavimətini yatırmağa çalışır və zavoda, qoşunlarımızın müdafiə zonasına hava zərbələri endirməyə davam edir. Hücum həyata keçirməyə çalışacaq”, - Arestoviç bildirib.
O qeyd edib ki, Ukrayna müdafiəçiləri çox çətin vəziyyətə rəğmən dayanırlar, hətta əks-hücumlar təşkil edirlər.
Oxunub: 271
Xəbəri paylaş
Paylaş: